Tarix

2025

2025

 

2025-ci il ölkədə rəqəmsal transformasiyanın sürətləndiyi il olub:

  • Rəqəmsal İnkişaf Konsepsiyasının təsdiq edilməsi ilə gələcəyin rəqəmsal yol xəritəsi formalaşdırılıb.
  • “Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanaraq ölkə ərazisi sabit genişzolaqlı internetlə tam əhatə olunub.
  • “mygov” platforması istifadəçilərinin sayı 2 milyonu ötüb.
  • Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib.
  • Qanunvericilik sahəsində süni intellektin tətbiqinə start verilib: “E-qanun.ai” platforması istifadəyə verilib. 
  • Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.
  • “Andersen Lab” qlobal İT şirkəti Azərbaycanda rəsmi mərkəz açıb.

 

Bakı qlobal rəqəmsal dialoqun mərkəzinə çevrilib:

  • Qlobal Gənclər Sammiti minlərlə gənci bir araya gətirib.
  • 17 – 28 noyabrda Bakı Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edib. Tədbir ölkəmizin qlobal rəqəmsal gündəmdə liderliyini bir daha təsdiqləyib.
  • Azərbaycan Ümumdünya Poçt İttifaqının idarəedici şuralarına üzv seçilib.
  • Azərbaycan nümayəndəsi Filateliyanın İnkişafı üzrə Ümumdünya Assosiasiyasının prezidenti seçilib.

 

2025-ci il nəqliyyat sahəsində yenilənmə ili olub:

  • Nəqliyyat məsələlərinə həsr olunmuş yüksəksəviyyəli müşavirə keçirilib. Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib.
  • 22 – 24 oktyabrda Bakıda Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində iclaslar və Şuranın toplantısı keçirilib.
  • İctimai nəqliyyat sistemində “CityCard”, NFC və mobil vasitələrlə ödəniş imkanı yaradılıb.
  • Ölkə üzrə 600-dən çox yeni avtobus xəttə buraxılıb.
  • Yerli istehsal olan ilk elektrikli avtobus istifadəyə verilib.
  • Bakıda ilk qadın avtobus sürücüləri fəaliyyətə başlayıb.
  • Marşrut seçimi və real vaxt məlumatlarını təqdim edən vahid “AYNA MaaS” platforması istifadəyə verilib.

 

Beləliklə, 2025-ci il rəqəmsal iqtisadiyyatın güclənməsi, “ağıllı” və dayanıqlı nəqliyyat, beynəlxalq etimad və liderlik ili olub.