İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində 2026-cı ilin sonunadək 15-dək Radio-Televiziya Yayım Stansiyasının bərpası nəzərdə tutulub.

2020 – 2024-cü illərdə Şuşa, Kəlbəcər, Zəngilan, Qubadlı, Xocavənd, Laçın və Ağdərədə mövcud stansiyalardan yayımlar bərpa edilib.

Qeyd edək ki, hazırda 10 stansiyada müvafiq olaraq bərpa və əlavə tədbirlərin görülməsi istiqamətində iş aparılır.