“Relokasiya” proqramı
Dünyada İKT sahəsinin sürətli inkişafı və bu istiqamətdə rəqabətin artırılması məqsədilə ölkə siyasətlərində relokasiya proqramlarının yaradılmasına başlanılıb.
Məhz bu səbəbdən “Relokasiya” layihəsi 2022-ci ildən etibarən fəaliyyətə başlayıb. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli ekosistem mühitinin inkişaf strategiyalarına əsasən ərsəyə gəlib. “Relokasiya” proqramı xarici şirkətlərə aşağıdakı üstünlükləri təqdim edir:
- Sürətli və rahat relokasiyanın təşkili;
- Sənədləşmə prosesinin sadələşdirilməsi və aparılmasına dəstək;
- Şirkət əməkdaşlarının yerləşməsi və iş mühitinin təmin olunmasına dəstək;
- Yaşayış və iş icazəsinin alınması prosesinə tam dəstək;
- Biznes strukturunun və vençur kapitalı sənayesinin nümayəndələri ilə əməkdaşlığın təmin edilməsi;
- Hüquqi, maliyyə, bank hesablarının açılması və digər sənədləşmə işlərinə dəstək;
- 24/7 dəstək.
Yüksəksəviyyəli mütəxəssislər startaplarda innovativ layihələri ilə relokasiya etdikdən sonra müvafiq şərtlərə cavab verdikləri təqdirdə texnoparka rezidentlik əldə etmək üçün müraciət edə biləcəklər.