Açıq Məlumatlar Portalı
“Açıq məlumatlar” hökumətlər və digər qurumlar tərəfindən heç bir məhdudiyyət olmadan ictimaiyyətə təqdim edilən, geniş istifadə imkanlarına sahib məlumatlardır. Bu məlumatlar innovasiya proseslərini sürətləndirərək məlumat əsaslı qərarların qəbulunu asanlaşdırır.
Portal ilk növbədə ölkə daxilində açıq məlumatların vahid bir sistemdə toplanılması və müəyyən olunmuş formatlarda bazar tələbatını qarşılayaraq makroiqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Müəlliflik hüququ olan, patent, strateji, dövlət təhlükəsizliyi və yenidən istifadəsi üçün məhdudiyyət qoyulan məlumatlar istisna olmaqla digər məlumatların ictimaiyyətə açıq dərc olunması məqsədəuyğun hesab olunur. Açıq Məlumatlar Portalı dövlətin və dövlətlə vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin şəffaflığı məqsədilə həyata keçirilən Açıq Hökumətin tərkib hissələrindən biridir.
“Açıq məlumatlar” dövlət orqanları tərəfindən “İnformasiya əldə etmək haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar əsasında yerləşdirilir. Digər informasiya sahibləri məlumatları öz şəxsi təşəbbüsləri və vətəndaşların müraciətləri əsasında yerləşdirirlər. Hökumət orqanları açıq məlumatların siyahısını təsdiqləyir və bu məlumatları həmin siyahılara görə portalda yerləşdirirlər.
Ətraflı: https://opendata.az/az