Rəqəmsal Sənəd Dövriyyəsi

Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sistemi dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin etmək məqsədilə yaradılmış rəqəmsal platformadır. Bu sistem kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq sənədlərin daha sürətli, etibarlı və effektiv şəkildə mübadiləsinə imkan yaradır.

Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istifadəyə təqdim edilib.

Sistemin tətbiqi nəticəsində hər ay təxminən 2 milyon ədəd kağıza qənaət olunur və ildə 2 mindən artıq ağacın kəsilməsinin qarşısı alınır. Bu isə həm ekoloji mühitin qorunmasına, həm də dövlət resurslarının daha səmərəli istifadəsinə xidmət edir.