Maliyyə xidmətlərinin inkişafı layihəsi
Maliyyə xidmətlərinin inkişafı layihəsi
2025-ci ilin ilk 7 ayına qədər Mərkəzi Bank tərəfindən 939 poçt şöbəsinə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib.
2025-ci ilin 7 ayı ərzində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemində (AKİS) respublika üzrə hesab açmadan (Naxçıvan daxil olmaqla) 394 829 ədəd 41 042 452 AZN məbləğində pulköçürməsi qəbul edilib.
Beynəlxalq sistemlərdə (Western Union, Zolotaya Korona, Contact, UPT, Granat) aparılan pulköçürməsi əməliyyatlarının ümumi dövriyyəsi 230 768 388 manat, bu xidmətin rüsumundan əldə olunan gəlir isə 1 027 650 manat təşkil edib.
“Azərpoçt” MMC-nin 2025-ci ilin 7 ayı ərzində 74 205 ədəd ödəniş kartı emissiya edilərək müştərilərin istifadəsinə verilib. Hazırda “Azərpoçt” MMC-yə məxsus aktiv ödəniş kartlarının ümumi sayı 360 334 ədəddir.
Bundan əlavə, 2025-ci ilin 7 ayı ərzində “Azərpoçt” MMC-yə məxsus ATM və POS-terminallarda ümumilikdə 192 472 177 manat əməliyyat, onlardan 3 537 793,69 manat məbləğində əməliyyat SmartPay.az saytında həyata keçirilib.
“Azərpoçt” MMC-yə məxsus kartlar vasitəsilə 178 696 712 manat məbləğində nağdlaşdırma, 3 551 360 manat qeyri-nağd əməliyyatlar və 17 836 814 manat e-kommersiya əməliyyatları həyata keçirilib.
2025-ci ildən etibarən “Azərpoçt” MMC “VISA Infinite” və “VISA Platinum” premium seqmentinə aid kartların emissiyasına başlayıb, həmçinin “VISA Concierge” xidmətinə qoşulub.
Səyyar ödəniş terminalları vasitəsilə xüsusilə regionlarda vətəndaşlara poçt şöbələrinə gəlmədən evlərində və ofislərində ödənişlərin qəbulu imkanı yaradılıb. Dövr ərzində bu tip terminallarda 817 877 manat həcmində ödənişlərin qəbulu həyata keçirilib.
Hazırda “Azərpoçt” MMC-nin xidmət şəbəkəsi 85 ədəd ATM, 170 ədəd “Cash-out” terminalı, 997 ədəd POS-retail terminalı, 148 ədəd mobil POS terminalı, 73 ədəd e-com virtual terminalı, 52 ədəd səyyar ödəniş qəbulu terminalı və 20 ədəd ödəniş köşkündən ibarətdir.
Qusar, Quba, Siyəzən, Neftçala, Beyləqan, Ağcabədi, Gədəbəy, Oğuz, Göygöl MXŞ-də bankomatların quraşdırılması başa çatdırılıb, Bakı şəhərində 47, 34, 132, 133, 92, 26, 27, 40, 121, 113, 120, 119, 25, 75, 7, 106, 3 saylı PŞ-lərdə cari təmir işləri yerinə yetirilib, Goranboy və Şamaxı RPF-lərinin inzibati binalarında əsaslı təmir işləri həyata keçirilib.
Kəlbəcər şəhərində poçt şöbəsi üçün konteyner quraşdırılıb və daxildə təmir işləri başa çatdırılıb.
“Bravo” Babək, “Bravo” Oazis, “Bravo Chocolate”, Şərur MTK-da və “Flame Tower Fairmont Baku”da Postomat konfiqurasiya edilib və hazır vəziyyətə gətirilib.
GPON texnologiyası ilə şəbəkəyə qoşulan Bakı PŞ-lərində, RPF və MXŞ-lərdə 142 ədəd yeni NGFW “Fortigate” 40F və yalnız mərkəzi PŞ-lərdə həmin avadanlığa rezerv 4G şəbəkə xətti üçün “USB dongle” avadanlıqları qoşulub.
Bakı və rayon PŞ-ləri üzrə kommunikasiya növlərinin optimallaşdırılması məqsədilə 425 poçt şöbəsi yeni ADSL/GPON qoşulma ilə təmin olunub.
Şuşa PF-nin yeni inzibati binasında “Cisco” 2960X-48, “Fortigate” FG-40F avadanlığı konfiqurasiya edilib, qoşulub və şəbəkə ilə təmin edilib. 9 ədəd kompüter quraşdırılaraq şəbəkəyə qoşulub.
“ASAN Login” (Vahid Giriş Sistemi) vasitəsilə “Digital Login” ilə “Postcargo” saytına giriş və qeydiyyatın inteqrasiyası yekunlaşdırılıb.
“Temu Marketplace”dən birbaşa Azərbaycana çatdırılma istiqamətində test işlərinə başlanılıb. Ümumi müzakirələr aparılıb, tariflər razılaşdırılıb və qarşı tərəflə müqavilə prosesi başa çatıb.