Rəşad Nəbi oğlu Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri

Rəşad Nəbi oğlu Nəbiyev
Rəşad Nəbi oğlu Nəbiyev

Rəşad Nəbi oğlu Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri

Doğum tarixi

1977

Təhsil

1994-2000: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almışdır.

2000-2002: ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Karyera

1997-2000: Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləmişdir.

2002-2004: Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır.

2004-2011: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2011: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdir.

2021: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edilmişdir.

Xarici dillər

  • İngilis 
  • Rus 

Həyatı

Ailəlidir, 3 övladı var.