Saməddin Fəxrəddin oğlu Əsədov

Nazir müavini

Saməddin Fəxrəddin oğlu Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov

Saməddin Fəxrəddin oğlu Əsədov

Nazir müavini

Doğum tarixi

1985: anadan olmuşdur.

Təhsil

2002 – 2006: Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili almışdır.

2008 – 2010: Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə magistr təhsili almışdır.

2013: ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş Strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirmişdir.

2020: ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmişdir.

Karyera

2007 – 2011: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil şöbəsində çalışmışdır.

2011 – 2014: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir.

2014 – 2021: “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində Maliyyə departamentinin direktoru vəzifəsində çalışmışdır.

2021 – 2025: Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.

2025: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

Xarici dillər

  • İngilis 
  • Rus

Həyatı

Ailəlidir.