Cavid Qənbər oğlu Qurbanov

Nazir müavini

Cavid Qənbər oğlu Qurbanov
Cavid Qənbər oğlu Qurbanov

Cavid Qənbər oğlu Qurbanov

Nazir müavini

Doğum tarixi

1958: anadan olmuşdur.

Təhsil

1985: Azərbaycan Mühəndis İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

1999: Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini nəqliyyat tikintisi (dəmir yolu tikintisi və təsərrüfatı) ixtisası üzrə bitirmişdir.

2004: Tula Dövlət Universitetini bitirərək Texniki elmlər namizədi alimlik dərəcəsini almışdır.

Karyera

1975 – 1976: Kəlbəcər şəhərində elektroenergetika sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.

1976 – 1980: 26 Bakı komissarı adına mətbəədə müxtəlif vəzifələrdə çalışmışdır.

1980 – 1981: “Azərdövlət” Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

1982 – 1987: “Azərnəqliyyattikinti” Trestində müxtəlif vəzifələrdə çalışmışdır.

1987 – 1992: “Elektromexanikləşdirmə” Trestində müxtəlif vəzifələrdə çalışmışdır.

1992 – 1993: Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.

1993: Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli fərmanı ilə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin edilmişdir.

1995: “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.

1996 – 1997: Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

1997 – 1999: “Azərdəmiryoltikinti” Trestinin rəisi vəzifəsində çalışmışdır.

2000 – 2003: “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi – yol rəisinin müavini vəzifəsində çalışmışdır.

2003 – 2007: Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi vəzifəsində çalışmışdır.

2007: Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2007-ci il tarixli sərəncamı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2015: Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2022: Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Xarici dillər

  • Rus

Həyatı

Ailəlidir.