Rəhman Dursun oğlu Hümmətov
Nazir müavini
Doğum tarixi
1977: anadan olmuşdur.
Təhsil
1998: Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2000: Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2004: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.
Karyera
1998-2008: Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2016: Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsində işləmişdir.
2016-2018: “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır.
2018-2021: Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2021: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Xarici dillər
- İngilis
- Türk
- Rus
Həyatı
Ailəlidir.