“AI Academy” – Süni intellekt tədris mərkəzi

“AI Academy” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyası tərəfindən təsis edilmiş tədris mərkəzidir.

Akademiya riyaziyyatın incəliklərindən süni intellektin dərinliklərinə qədər anlayışları əhatə edən proqramlar təklif edir. Tədris mərkəzinin əsas məqsədi süni intellekt mühəndisləri yetişdirmək və onların karyera inkişafına dəstək olmaqdır.

AI Academy” peşəkar təlimçilərdən ibarət komandası ilə beynəlxalq tələblərə uyğun tədris proqramı və tam təqaüdlü təhsil imkanı təqdim edir. Dərslər rahat və müasir ofis mühitində tədris olunur.