Standartlaşdırma obyektlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyətdir.
İKT-nin sürətli inkişafında standartlaşdırmanın rolu böyükdür. Bu baxımdan telekommunikasiya və informasiya texnologiyaları sahəsində optimallıq, şəffaflıq, səmərəlilik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan standartların işlənib hazırlanması və inkişaf etdirilməsi zərurətə çevrilib.
Azərbaycanda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya ilə bağlı qarşıya qoyulan hədəflərə nail olunması üçün beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması, ekspertizası, razılaşdırılıması və onlardan istifadənin səmərəliliyinin artırılması ilə bağlı işlər mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyində yaradılmış Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK05) tərəfindən həyata keçirilir. Ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri TK05-in üzv təşkilatlarının sırasında təmsil olunur.
TK05 tərəfindən mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartları İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Standartlaşma İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən qeydiyyata alınaraq tətbiq olunmaqdadır. Həmçinin Texniki Komitə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş milli standartların dövri yoxlaması həyata keçirilir.
Texniki Komitə tərəfindən İKT sahəsində bu günə qədər 59 milli standart hazırlanaraq təsdiq edilib. Belə ki, 2022-ci ildə İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi və radio avadanlıqlarının elektromaqnit uzlaşmasına dair 6 milli standart hazırlanaraq təsdiq edilib və 2023-cü il üzrə TK05-in Fəaliyyət Planına əsasən bu istiqamətdə işlər davam etdirilir.
Təsdiq olunmuş milli standartlara aşağıdakılar aiddir:
1. AZS ISO/IEC 17788:2022 İnformasiya Texnologiyaları. Bulud Texnologiyası. Ümumi Baxış və Terminologiya;
2. AZS 419-2010 İnformasiya texnologiyaları. Sözlük. 1-ci hissə: Əsas terminlər;
3. AZS 420-2010 İnformasiya texnologiyaları. Sözlük. 8-ci hissə: Təhlükəsizlik;
4. AZS 421-2010 İnformasiya texnologiyaları. Sözlük. 9-cu hissə: Verilənlərin ötürülməsi;
5. AZS 422-2010 İnformasiya texnologiyaları. Sözlük. 17-ci hissə: Verilənlərin bazaları;
6. AZS 423-2010 İnformasiya texnologiyaları. Sözlük. 25-ci hissə: Lokal şəbəkələr;
7. AZS 424-2010 İnformasiya texnologiyaları. Sözlük. 27-ci hissə: Ofisin avtomatlaşdırılması;
8. AZS ГОСТ Р 52438-2013 Coğrafi informasiya sistemləri. Terminlər və təriflər;
9. AZS İSO/İEC 2382-18-2013 İnformasiya texnologiyaları. Sözlük. 18-ci hissə: Verilənlərin paylanmış emalı;
10. AZS ETSI EN 300 744-2012 Rəqəmli Videoyayım (DVB). Rəqəmli yerüstü televiziya üçün kadr strukturu, kanal kodlaşması və modulyasiya;
11. AZS ETSİ EN 302 755 V.1.3.1-2013 Rəqəmli video yayım (DVB). İkinci nəsil yerüstü rəqəmli televiziya yayımı sistemi (DVB-T2). Kadr strukturu, kanalın kodlaşması və modulyasiyası;
12. AZS ETSİ EN 302 296-2-2013 Elektromaqnit uzlaşması və radiotezlik məsələləri (ERM). Yerüstü Rəqəmli Televiziya Yayım (DVB-T) xidmətləri üçün verici avadanlıqlar. 2-ci hissə: R&TTE Direktivinin 3.2-ci maddəsinin əsas tələblərini əhatə edən EN harmonizasiya olunmuş standartı;
13. AZS IEC 62216-2013 DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri;
14. AZS ISO/IEC 19086-1:2022 İnformasiya Texnologiyası. Bulud Hesablama Xidmət Səviyyəsi Müqaviləsi (SLA) Strukturu;
15. AZS 643-2012 (İSO/İEC 2382-7) İnformasiya texnologiyaları. 7-ci hissə: Kompüter proqramlaşdırılması;
16. AZS 644-2012 (İSO/İEC 2382-28) İnformasiya texnologiyaları. 28-ci hissə: Süni intellect. Əsas anlayışlar və ekspert sistemləri;
17. AZS 645-2012 (İSO/İEC 2382-34) İnformasiya texnologiyaları. 34-cü hissə: Süni intellekt - neyron şəbəkələri;
18. AZS İSO/İEC 2382-20-2013 İnformasiya texnologiyaları. Sözlük. 20-ci hissə: Sistemin işlənməsi;
19. AZS ГОСТ Р 50752-2010 İnformasiya texnologiyası. İnformasiyanın hesablama texnikası vasitələri ilə emalı zamanı əlavə elektromaqnit şüalanma nəticəsində yaranan itkilərdən qorunması. Sınaq üsulları;
20. AZS ГОСТ Р 51624-2010 İnformasiya təhlükəsizliyi. Təhlükəsiz tərtibatda avtomatlaşdırılmış sistemlər. Ümumi tələblər;
21. AZS ISO/IEC 27001:2022 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər;
22. AZS İSO/İEC 27000-2012 İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük;
23. AZS 324-2008 İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar;
24. AZS 325-2008 İnformasiya texnologiyaları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi - Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastrukturu;
25. AZS 356.1-2009 İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. 1-ci hissə: Giriş və ümumi model;
26. AZS 356.2-2009 İnformasiya texnologiyaları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi - Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastrukturu;
27. AZS 356.3-2009 İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə kriteriləri. 3-cü hissə;
28. AZS 492-2010 (İSO/EN 27005-2008) İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması;
29. AZS 493-2010 İnformasiya texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya təhlükəsizliyi insidentinin idarə olunması;
30. AZS 497-2010 İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. Açarların idarə olunması. 1-ci hissə: Struktur;
31. AZS ISO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları-informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər;
32. AZS İSO/İEC 27003-2012 İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat;
33. AZS İSO/İEC 27004-2012 İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi - Ölçmə;
34. AZS İSO/İEC 27006-2012 İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər;
35. AZS ISO/IEC 27017:2022 İnformasiya Texnologiyaları. Təhlükəsizlik Texnikaları. Bulud Xidmətləri üçün ISO/IEC 27002-yə əsaslanan İnformasiya təhlükəsizliyinə nəzarət üçün təcrübə;
36. AZS İSO/İEC 27033-1-2012 İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları. İT Şəbəkə təhlükəsizliyi – 1-ci hissə: İcmal və anlayışlar;
37. AZS ISO/IEC 27017:2022 İnformasiya Texnologiyaları. Təhlükəsizlik Texnikaları. Bulud Xidmətləri Üçün ISO/IEC 27002-yə Əsaslanan İnformasiya Təhlükəsizliyinə Nəzarət Üçün Təcrübə;
38. AZS ISO/IEC 27036-4:2022 “İnformasiya texnologiyası. Təhlükəsizlik texnikası. Təchizatçı əlaqələri üçün informasiya təhlükəsizliyi – 4-cü hissə: bulud xidmətlərinin təhlükəsizliyi üçün təlimatlar;
39. AZS 495-2010 Kompüter klaviaturasında hərflərin Azərbaycan dilinə uyğun düzümü;
40. AZS 496-2010 Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan klaviatura düzümü;
41. AZS İSO/İEC 14496-1-2013 İnformasiya Texnologiyaları. Audio-vizual obyektlərin kodlaşdırılması. 1-ci hissə: Sistemlər;
42. AZS 900:2021 Yanacaqdoldurma məntəqələrində istifadə olunan nəzarət-kassa aparatları. Ümumi texniki şərtlər;
43. AZS İSO/İEC 19794-2-2013 İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. 2-ci hissə: Minutsiya verilənləri;
44. AZS İSO/İEC 19794-4-2013 İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. 4-cü hissə: Barmaq təsviri məlumatı;
45. AZS İSO/İEC 19794-5-2013 İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. 5-ci hissə: Üz təsvirinin verilənləri;
46. AZS 214-2006 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Termin və təriflər;
47. AZS 232-2006 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. EAN/UPC (YEAEN/YUPİSİ) simvolikasının spesifikasiyası;
48. AZS 247-2006 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Code 39 (Kod 39) simvolikasının xüsusiyyətləri;
49. AZS 248-2006 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Ştrixli kod simvollarının oxunmasına təsir edən amillər;
50. AZS 260-2007 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Ştrixli kodun xətli simvollarının verifikatoru. Uyğunluq tələbləri;
51. AZS 907:2022 Avtomatik identifikasiya. Ştrixli kodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları;
52. AZS 011-1997 Polad gövdə detallarının damğalanması materialının rəqəmli ifadə sistemi;
53. AZS 883-2020 (İSO 17523:2016) Səhiyyə informasiyası - Rəqəmsal reseptlərə dair tələblər;
54. AZS ISO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və məxfiliyin qorunması. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri - Tələblər” (nəşr 3.0) dövlət standartı;
55. AZS ISO/IEC 27017:2022 “İnformasiya Texnologiyaları. Təhlükəsizlik Texnikaları. Bulud Xidmətləri Üçün ISO/IEC 27002-yə Əsaslanan İnformasiya Təhlükəsizliyinə Nəzarət Üçün Təcrübə” dövlət standartı;
56. AZS ISO/IEC 17788:2022 “İnformasiya Texnologiyaları. Bulud Texnologiyası. Ümumi Baxış və Terminologiya” dövlət standartı;
57. AZS ISO/IEC 19086-1:2022 “İnformasiya Texnologiyası. Bulud Hesablama Xidmət Səviyyəsi Müqaviləsi (SLA) Strukturu” dövlət standartı;
58. AZS ISO/IEC 27036-4:2022 “İnformasiya texnologiyası. Təhlükəsizlik texnikası. Təchizatçı əlaqələri üçün informasiya təhlükəsizliyi – 4-cü hissə: bulud xidmətlərinin təhlükəsizliyi üçün təlimatlar” dövlət standartı;
59. AZS ETSI/EN 301489-3:2022 Radio avadanlığı və xidmətləri üçün Elektromaqnit uyğunluğu (EMS) standartı – 3 cü hissə: 9kHz və 246 GHz arasında tezliklərdə işləyən Qısa Mənzilli Cihazlar (SRD) üçün xüsusi şərtlər – 2014/53/EU Direktivlərinin 3.1(b) maddəsinin əsas tələblərini əhatə edən Uyğunlaşdırılmış standart.