“Technest” Təqaüd Proqramı
“Technest” Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində fəaliyyət göstərən və informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramıdır.
Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram 2021-ci ildə 671, 2022-ci ildə 782, 2023-cü ildə isə 4006 nəfərə təqaüd ayırıb.
“Technest” Təqaüd Proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin qabaqcıl tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir.
Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələlərdən uğurla keçmiş 13-65 yaş arası Azərbaycan Respublikasının vətəndaşları təqaüddən yararlana bilərlər.