“Texnopark”
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) texnoparka müraciət, müraciətlərin dəyərləndirilməsi və rezidentliyin verilməsi prosesini həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2022-ci il tarixində İKT sektoru ilə bağlı qəbul olunmuş müvafiq qanunlarda və məcəllələrdə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalanıb. 1 yanvar 2023-cü ildən qüvvəyə minən yeni dəyişikliklər texnoparka rezidentlik alan hüquqi və fiziki şəxslərə şamil edilir.
İRİA-nın rezidentlik üçün müvafiq rezidentlik lisenziyasını verdiyi hüquqi və fiziki şəxslər aşağıdakı imtiyazlardan yararlanacaqlar:
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, divident, əmlak, torpaq) azad olunurlar.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.
Rezidentliyə müraciət üçün: Texnopark (idda.az)