“digital.login”
Vahid giriş sistemi – “digital.login” dövlət və özəl qurumlar tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə üçün yaradılmış, vətəndaşların identikləşdirilməsini sadələşdirən və 200-dən çox informasiya sisteminə birdəfəlik giriş imkanı təmin edən elektron açardır. Bu sistem vasitəsilə istifadəçilərə xidmətlərə sürətli, təhlükəsiz və rahat şəkildə çıxış imkanı yaradılır.
Vahid giriş sisteminin əsas məqsədləri və üstünlükləri vətəndaş məmnuniyyətinin təmin edilməsi, yüksəkkeyfiyyətli rəqəmsal infrastruktura vahid çıxışın yaradılması, rəqəmsal inklüzivliyin dəstəklənməsi və bütün vətəndaşlar üçün xidmətlərə bərabər və asan çıxışın təmin olunmasıdır. Bununla yanaşı, rəqəmsal gələcəyin qurulmasında məhsuldar və təhlükəsiz mühitin formalaşdırılmasına xidmət göstərərək etibarlı tərəfdaş rolunu oynayır.
Ətraflı: https://digital.login.gov.az/intro