İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma fəaliyyətinin bərpası

İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma fəaliyyətinin bərpası

Vətəndaşların işğaldan azad olunmuş ərazilərə daha rahat şəkildə səfər etmələri məqsədilə gündəlik əsasda və onların sözügedən ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, cari ilin 1 mart tarixindən etibarən “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilərək biletim.az portalı üzərindən bilet əldə etmək imkanı yaradılıb. Hazırda aşağıdakı istiqamətlər üzrə marşrut xətləri fəaliyyət göstərir:

–            Tərtər – Talış

–           Horadiz – Ağalı (Zəngilan)

–           Horadiz – Laçın

–           Horadiz – Əhmədbəyli – Hadrut qəsəbəsi

–           Laçın – Zabux

–           Bakı – Xankəndi – Şuşa – Laçın

–           Xankəndi – Bərdə

–           Mingəçevir – Xankəndi – Laçın

–           Gəncə – Şuşa

–           Xankəndi – Ballıca – Xocalı

–           Ağdam Sənaye Parkı – Sarıcalı kəndi – Quzanlı qəsəbəsi

–           Xankəndi – Şuşa