“Kosmik Texnologiyalar Konfransı 2025”
“Kosmik Texnologiyalar Konfransı 2025” (STC 2025) Azərkosmosun və “Dialogue Events”in təşkilatçılığı ilə 24-25 aprel 2025-ci il tarixlərində Bakı şəhərində keçirilib.
Konfransın məqsədi Mərkəzi Avrasiya regionunda və ümumilikdə dünyada kosmik texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək, innovasiyaları təşviq etmək və kosmosun qlobal iqtisadiyyatda artan roluna dair müzakirələr aparmaq olub.
Tədbirdə 420-dən çox nümayəndə, o cümlədən kosmik agentliklərin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və beynəlxalq ekspertlər bir araya gəliblər. İki gün ərzində 200-dən artıq ikitərəfli görüş, 50 spikerin çıxışı, 21 sərgi və 8 müxtəlif sessiya vasitəsilə iştirakçılar kosmos sahəsində bilik, təcrübə və trendləri paylaşıblar.
“STC 2025” Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlıqların mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirib.