Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq, radiotezlik zolaqları Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılır. Dövlət Komissiyasının Qərarına əsasən, mülki məqsədlər üçün istifadə olunan tezlik nominalları Azərbaycan Respublikasının radio xidmətləri arasında tezlik zolaqlarının ayrılması cədvəlində “birgə istifadə” qeydi olan tezlik zolaqlarından ayrılır. Mülki məqsədlər üçün Dövlət Komissiyası tərəfindən ayrılan tezlik zolaqlarında tezlik nominallarının uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrin qeydiyyatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən həyata keçirilir. Bu məqsədlə radiotezlik idarəçiliyinin həyata keçirilməsi üçün DRİ-nin əsas vəzifələrinə aşağıdakılar aiddir: