DAB+ rəqəmsal radio yayımlarının tətbiqi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 7 oktyabr tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.
Sözügedən Sərəncamın icrası çərçivəsində Bakı və Ağsu stansiyalarında avadanlıqlar quraşdırılmaqla ölkə ərazisinin təxminən 25 faizi və ölkə əhalisinin təxminən 40 faizi DAB+ yayımı ilə təmin edilib.
Hazırda şəbəkənin genişləndirilməsi istiqamətində texniki tədbirlərin planlaşdırılması aparılır.
Qeyd edək ki, DAB+ daha keyfiyyətli yayım və multimedia xidmətləri təmin etmək iqtidarındadır. Həmçinin eyni tezlikdə bütün radioların qəbul imkanını da özündə birləşdirir.