“mygov”

“mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında bir körpü rolunu oynayan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır. Fiziki müraciətlərə, uzun növbələrə və kağız üzərində sənəd dövriyyəsinə ehtiyac qalmadan xidmətlər onlayn, rahat və sürətli şəkildə təqdim olunur.

Platformanın vizyonu Azərbaycanda rəqəmsal gələcəyi təmin edən, hər kəs üçün əlçatan və inklüziv hökumət xidmətlərini vahid məkanda toplamaqdır. Məqsəd vətəndaşlara ən yüksək standartlara uyğun, sürətli və şəffaf xidmətlər göstərərək onların gündəlik həyatını asanlaşdırmaqdır.

Missiyası isə vətəndaşların rəqəmsal hökumətə çıxışını sadələşdirmək, həyat keyfiyyətini optimallaşdırmaq, bürokratik əngəlləri minimuma endirmək və dövlət xidmətlərinə etimadı artırmaqdan ibarətdir.

“mygov” vasitəsilə həyat hadisələri – doğum, nikah, ölüm və digər proseslər rəqəmsal şəkildə idarə oluna bilir. Vətəndaşlar öz sənədlərinə və məlumatlarına asanlıqla çıxış əldə edir, dövlət xidmətlərindən isə heç bir əlavə vaxt sərf etmədən, olduqları yerdən birbaşa istifadə edə bilirlər.

Ətraflı: https://my.gov.az/