Rəşad Müsəllim oğlu Həsənov
Nazir müavini
Doğum tarixi
1987
Təhsil
2004 – 2008: Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili almışdır.
2009 – 2010: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır.
2012 – 2016: Avstraliyanın Deakin Universitetində doktorantura təhsili almış, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə etmişdir.
Karyera
2010 – 2012: Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışmışdır.
2012 – 2018: Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində çalışmışdır.
2018 – 2021: ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışmışdır.
2018 – 2020: Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrində çalışmışdır.
2020 – 2021: BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifəsində çalışmışdır.
2021 – 2026: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
2026: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Xarici dillər
- İngilis
- Rus
Həyatı
Ailəlidir.