Samir Qaçay oğlu Məmmədov

Nazir müavini

Samir Qaçay oğlu Məmmədov
Samir Qaçay oğlu Məmmədov

Samir Qaçay oğlu Məmmədov

Nazir müavini

Doğum tarixi

1974: Bakı şəhərində anadan olmuşdur.

Təhsil

1993-1998: Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almışdır.

2004-2006: Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.

2010-2016: Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi almışdır.

Karyera

1993-1998: ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır.

1998: “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləmişdir.

1998-1999: “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışmışdır.

1999-2006: ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləmişdir.

2006: Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunmuşdur.

2008-2017: Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

2017-2019: Bakı Mühəndislik Universitetində işləmişdir.

2019: “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışmışdır.

2021: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdur.

2022: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

Xarici dillər

  • İngilis 
  • Rus

Həyatı

Ailəlidir.