1918
- Mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür.
- Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar.
1919
- Martın 1-də Azərbaycan Teleqraf agentliyi təsis olunmuşdur.
- Martın 15-də Azərbaycanla Gürcüstan arasında pul baratları, qiymətli məktub, bağlama və poçt korrespondensiyalarının mübadiləsi həyata keçirilməyə başlamışdır.
- Oktyabr ayının 20-də Azərbaycan əsgərinə həsr olunmuş ilk Azərbaycan poçt markası buraxılmışdır.

1920
- Aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulmuş və Poçt və Teleqraf komissarlığı yaradılmışdır.

1926
- Noyabrın 6-dan Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxmış, ilk dəfə naqilli radio yayımı fəaliyyətə başlamışdır.
1953
- Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunmuşdur. 1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır.
1956
- Fevralın 14-də Bakı televiziya mərkəzi işə salınmış, Azərbaycanda ilk dəfə televiziya yayımı (AzTV-1) fəaliyyətə başlamışdır.
1959
- Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul edib.
1964
- Yanvar ayının 31-də Bakı televiziya mərkəzi Moskvadan mərkəzi televiziyanın verilişlərinin retranslyasiyasına başlamışdır.
1965
- Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olmuşdur.

1968
- Respublikada televiziya proqramının yayımı aran bölgələrində yerləşən Şirvan, Goyçay və Gəncə şəhərlərini əhatə etmişdir.