Tarix

2024

2024

  • Yanvarda Qubadlı rayonunda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
  • Yanvarda 46° ş.u. (şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.
  • 2024-cü il ərzində Bakı şəhəri və regionlarda əlavə olaraq 1,06 milyondan çox ev, mənzil və biznes subyektinin yüksəksürətli, sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 3 milyona yaxın təsərrüfat yüksəksürətli, sabit genişzolaqlı internetlə əhatə olunub.
  • Yanvarda “Azərpoçt” MMC 2023-cü ilin yekunlarına dair brifinq keçirib.
  • Fevralda əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib.
  • Martda “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
  • Apreldə “Azərpoçt” MMC İnternet bankçılıq xidmətini istifadəyə verib. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir.
  • 27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsi ilə bərabər, artıq Laçın şəhərinə də səfər edə biliblər.
  • Mayda “Azərpoçt” MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb.
  • Mayda “Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlanılıb.
  • 4 iyunda İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyasında Azərbaycanın təşkilatın 2025-ci ildə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) ev sahibliyi təsdiq edilib.
  • İyulda ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmət göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur.
  • İyulda “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən brifinq keçirilib.
  • İyulda ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti ilə bağlı brifinq keçirilib.
  • İyulda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
  • “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə – Xankəndi müntəzəm avtobus reysini istifadəyə verib.
  • Sentyabrda nazir Rəşad Nəbiyev Çinə səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri, Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanq, Çinin nəqliyyat naziri Li Siopen, Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonq və Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşüb.
  • Oktyabrda nazir Rəşad Nəbiyev Türkiyəyə səfər edib. Səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.
  • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabrdan Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verilib.
  • Oktyabrda Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub.
  • Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılıb.
  • Oktyabrda RİNN-in dəstəyi ilə 11 azərbaycanlı gənc Rusiya Nəqliyyat Universitetində təhsil hüququ qazanıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
  • Noyabrda AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.
  • 11-22 noyabrda Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünyanın ən böyük və nüfuzlu tədbirinə – COP29-a uğurla ev sahibliyi edib. İqlim maliyyəsi üzrə tarixi razılaşma əldə olunub: 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları təmin etməyi qarşıya qlobal hədəf qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi qəbul edilib.
  • COP29 çərçivəsində Nazirlik bilavasitə 4 böyük tədbirə təşkilatçılıq edib. COP29 tarixində ilk dəfə təşkil olunan Rəqəmsallaşma Günü uğurla keçirilib, Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməni 1000-dən çox maraqlı tərəfin dəstəkləməsinə nail olunub. Orta Dəhlizdə dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunub.
  • COP29 çərçivəsində “BYD” şirkəti ilə elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb. Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli “BYD” markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
  • COP29 tədbiri çərçivəsində, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq nəzərdə tutulub.
  • Noyabrda Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsinin yaradılması haqqında Fərman imzalayıb.
  • Dekabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib.
  • Dekabrda Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalanıb. Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” BND-nin Qərb marşrutunun potensialını artırmaqdır.
  • 2024-cü ildə Bakı şəhərinin 37 küçə və prospektində xüsusi avtobus zolaqları (ümumi uzunluğu 110 km-dən çox) yaradılıb. Həmçinin 3 yeni Nəqliyyat Mübadilə Mərkəzi (hab) istifadəyə verilib. 35 km uzunluğunda velosiped yolları yaradılıb.
  • 2024-cü ildə taksi xidməti sahəsində tənzimləmə işləri aparılıb, minik taksi avtomobillərinin istehsal ilindən etibarən yaş həddi 8 ilədək endirilib.
  • İşğaldan azad edilmiş ərazilərə və həmin ərazilərdə 2024-cü il ərzində 3 marşrut xətti təşkil edilib.