“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC

Vətəndaşların, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və rəqəmsal transformasiya üzrə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 nömrəli Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC yaradılıb.

Nazirlər Kabinetinin 12 iyul 2018-ci il tarixli 292 nömrəli Qərarı ilə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, daha çox sahəni əhatə edən xidmətlərin göstərilməsi və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə imkanların artırılması məqsədilə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.

Mərkəzin əsas binası Bakı şəhərində yerləşir. Bununla yanaşı, ölkə üzrə 12 regionda – Xankəndi, Gəncə, Naxçıvan, Mingəçevir, Bərdə, Lənkəran, Zaqatala, İmişli, Qəbələ, Şirvan, Ağdaş və Şəki şəhərlərində ümumilikdə 14 regional mərkəz fəaliyyət göstərir.

Mərkəz “Cisco Network Academy”, “CompTIA Academy” və “Pearson VUE Authorized Exam Center” beynəlxalq statuslarına malikdir. Eyni zamanda mərkəzdə HD multimedia studiyası, “Cisco” Şəbəkə Akademiyasının laboratoriyası, “Microsoft” sistem inzibatçılığı, qrafika və dizayn üzrə müasir kompüter laboratoriyaları fəaliyyət göstərir.

Xidmətlər:

İnformasiya texnologiyaları üzrə təlimlər:

  • Ümumi rəqəmsal hazırlıq üzrə təlimlər
  • Ofis proqramlarının peşəkar istifadəsi
  • Sistem və şəbəkə inzibatçılığı
  • Kompüter qrafikası və dizaynı
  • Proqramlaşdırma və kodlaşdırma
  • İnformasiya təhlükəsizliyi
  • Kibertəhlükəsizlik
  • Data analitikası
  • Rəqəmsal marketinq

 

Bundan əlavə, dövlət qurumları və özəl təşkilatlar üçün sifariş əsasında korporativ təlimlərin hazırlanması və təşkili həyata keçirilir.

 

Multimedia xidmətləri:

  • Audio, video və digər multimedia layihələrinin təşkili və idarə olunması.
  • loqo PNG | 1.35M
  • loqo PDF | 1.28M