“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb.

 

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs:

  • Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edir, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir;
  • Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görür;
  • Dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edir və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərir.
  • loqo PNG | 121.03K
  • loqo PDF | 1.02M