“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Agentlik nazirliyin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və nazirliyin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

 

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs:

Ölkədə rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edir;

Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirir;

Fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərir, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edir, onlara maliyyə dəstəyi verən innovasiya təşəbbüskarlığını təbliğ edir;

Ölkənin İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasını təşviq edərək bu sahədə təhsil və karyera imkanlarının əlçatanlığını təmin edir.

 

  • loqo PNG | 47.06K
  • loqo PDF | 929.98K