Nazir Rəşad Nəbiyev Türkmənistan nümayəndə heyəti ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn “Xsolla-IDDA” İnkubasiya Proqramına qeydiyyat başlayıb.
Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin nüfuzlu innovasiya şirkəti olan “Plug and Play”in əməkdaşlığı çərçivəsində yüksəkpotensiallı startapların “Silikon vadisi” ekosisteminə çıxışını sürətləndirən “GOAL” proqramına (soft landing) start verilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart tarixində Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) EPAM ilə əməkdaşlıq çərçivəsində “İşə qəbul və öyrət” konsepti əsasında “Karyera mükəmməlliyi” proqramına müraciətləri açıq elan edir.
Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çad Respublikasında rəsmi səfərdə olub. Heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıblar.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart 2026-cı il tarixində saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.