Nazir Rəşad Nəbiyev Ukrayna Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə edilib.
Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına imkan verəcək.