Nazir Rəşad Nəbiyev Dünya Bankı Qrupunun nəqliyyat və logistika üzrə direktoru ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində Dünya Bankı Qrupunun nəqliyyat və logistika üzrə direktoru Bertrand de la Borde ilə görüş keçirib.
Görüşdə nəqliyyat sistemlərinin uzunmüddətli dayanıqlığı və gələcək tələblərə uyğun inkişafı üçün investisiya yanaşmaları müzakirə edilib.
Beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığın rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanı, Orta Dəhlizin inkişafı və ölkəmizin tranzit-logistika potensialının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.