Xəbər

Nazir Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru xanım Syaohon Yan ilə görüş keçirib.

Görüş zamanı nəqliyyat sistemlərinin uzunmüddətli davamlılığı, çevikliyi və dayanıqlılığının təmin olunması üçün investisiya yanaşmaları müzakirə edilib.

Bankla tərəfdaşlıq çərçivəsində layihələr üzrə əldə olunan maliyyələşmə, eləcə də yeni təşəbbüslər üzrə texniki və maliyyə imkanlarının araşdırılması və gələcək mərhələlərdə nəzərdə tutulan investisiya perspektivləri barədə fikir mübadiləsi aparılıb.