Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
Noyabrın 6-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.
İclasda təşkilati məsələlər müzakirə edilib, Siruz Abasbəyli Şuranın sədri, Qalib Qurbanov və Fərhad Eyyubov sədrin müavinləri, Elnarə Məhərrəmova isə Şuranın katibi seçilib.
İclas çərçivəsində İctimai Şuranın iş planının müzakirəsi aparılıb.