2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1464 nömrəli Fərmanı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq struktur qurum və bölmələr tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti həyata keçirir. Bu da ictimai maraqların qorunmasına və ölkənin sosial-iqtisadi inkişafına xidmət edir.
Nazirliyin layihələri ölkənin sosial və iqtisadi inkişafına dəstək olmaq, insanların ehtiyac və gözləntilərinə cavab vermək məqsədi daşıyır.
Bu bölmədə nazirliyin cəmiyyətin ictimai maraqlarına təsir edən siyasəti, proqramları və fəaliyyəti haqqında mütəmadi və dəqiq məlumatlar verilir.
Dövlət sektoru və cəmiyyət arasında kommunikasiya çox vacibdir. Qarşılıqlı əlaqə bizə cəmiyyətin ehtiyaclarını müəyyən etməyə və onların gözləntilərinə cavab verən effektiv və səmərəli xidmətlər göstərməyə imkan yaradır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iqlim dəyişikliyinin həlli yolları və davamlı inkişafı təşviq etmək üçün beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edir.
İctimai şuranın sədri, “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri.
İctimai şuranın üzvü, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru.
İctimai şura sədrinin müavini, “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri.
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi
İctimai şuranın üzvü, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri.
İctimai şuranın üzvü, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin direktoru.
İctimai şura sədrinin müavini, “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyininin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi.
İctimai şuranın katibi, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi
İctimai şuranın üzvü, “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” İctimai Birliyinin üzvü.