2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1464 nömrəli Fərmanı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Məqsəd ölkədə rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq struktur qurum və bölmələr tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti həyata keçirir. Bu da ictimai maraqların qorunmasına və ölkənin sosial-iqtisadi inkişafına xidmət edir.
Nazirliyin layihələri ölkənin sosial və iqtisadi inkişafına dəstək olmaq, insanların ehtiyac və gözləntilərinə cavab vermək məqsədi daşıyır.
Bu bölmədə nazirliyin cəmiyyətin ictimai maraqlarına təsir edən siyasəti, proqramları və fəaliyyəti haqqında mütəmadi və dəqiq məlumatlar verilir.
Dövlət sektoru və cəmiyyət arasında kommunikasiya çox vacibdir. Qarşılıqlı əlaqə bizə cəmiyyətin ehtiyaclarını müəyyən etməyə və onların gözləntilərinə cavab verən effektiv və səmərəli xidmətlər göstərməyə imkan yaradır.
E-poçt: ictimai.shura@mincom.gov.az