İctimai Şuranın üzvləri AZAL-da görüş keçiriblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində görüş keçiriblər.
QSC-nin prezidenti Samir Rzayev İctimai Şuranın üzvlərinə AZAL-ın son dövrlərdə gördüyü işlər, yeni təyyarələrin istismarı, kadr hazırlıqları, gələcək planlar barədə məlumat verib.
Sonra Şura üzvlərinin sualları cavablandırılıb. Belə görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.