“Aztelekom” MMC-də İctimai Şuranın üzvləri ilə görüş keçirilib
“Aztelekom” MMC-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
“Aztelekom” MMC-nin rəhbərliyi Şura üzvlərinə son dövrdə görülən işlər, “Onlayn Azərbaycan” layihəsinin icrası, ölkə ərazisinin genişzolaqlı internetlə təmin edilməsi, regionlarda əhali və biznes subyektlərinin yüksəksürətli internetə çıxış imkanlarının genişləndirilməsi barədə məlumat verib və onların suallarını cavablandırıb.
İctimai Şuranın üzvləri görüşdə təkliflərini səsləndiriblər. Belə müzakirələrin mütəmadi keçirilməsi məqsədəuyğun hesab edilib.