"Azercell"də İctimai Şura üzvləri ilə görüş keçirilib
"Azercell Telekom" MMC-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüş baş tutub. Şirkətin prezidenti Zərinə Zeynalovanın və struktur rəhbərlərinin iştirak etdiyi görüşün əsas məqsədi ölkənin aparıcı telekommunikasiya şirkətində müxtəlif istiqamətlər üzrə görülən işlər barədə məlumat vermək və İctimai Şura üzvlərinin fikir və rəylərini dinləmək olub.
Tədbir zamanı "Azercell"in rəhbər heyəti şirkətin cari fəaliyyəti və gələcək inkişaf planları barədə ətraflı təqdimatla çıxış edib.
İctimai Şura üzvləri görüş zamanı öz təklif və suallarını səsləndirərək fikir mübadiləsində iştirak ediblər.
Sonda belə görüşlərin açıq dialoq mühitinin təşviqində və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığın qurulmasında əhəmiyyəti vurğulanıb.