Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilərin keçirilməsi barədə ELAN
(Vətəndaş cəmiyyəti institutlarının nəzərinə)
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başa çatıb.
İctimai Şura üzvlüyünə 12 nəfərin namizədliyi qeydə alınıb (siyahı əlavə olunur). Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi isə 10 nəfər müəyyən edilib. İctimai Şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağında gizli səsvermə yolu ilə seçiləcək. Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında 19 oktyabr 2024-cü il tarixində saat 11:00-dan 16:00-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 77) keçiriləcək.
Birgə yığıncaqda təmsilçilərinin (seçicilərinin) iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarından seçki gününə on gün qalanadək (yəni 09.10.2024-cü il saat 18:00-dək) həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə müraciətlərini Seçki Komissiyasına (elektron poçt ünvanı: IctimaishuraRINN@mincom.gov.az) təqdim etmələri xahiş olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü seçilən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.mincom.gov.az) yerləşdiriləcək.
Əlaqələndirici şəxs: Rəna Hacıyeva (tel.: +99412 598-58-58 (daxili 290); +99410 250-48-48).
Qoşma:1. İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı;
2. Təmsilçilərin (seçicilərin) qeydə alınması üçün müraciət forması.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura
üzvlüyünə 19.10.2024-cü il tarixində keçiriləcək seçkilər üzrə
irəli sürülmüş namizədlərin siyahısı
№ |
Namizədin soyadı, adı atasının adı
|
Namizədliyini vermiş vətəndaş cəmiyyəti institutunun adı |
1. |
Abasbəyli Siruz Hüseyn oğlu |
“Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai birliyi |
2. |
Abbasov Elvin Miribadət oğlu |
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi |
3. |
Ağamirzəyev Rauf İnşallah oğlu |
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi |
4. |
Eyyubov Fərhad Çinar oğlu |
“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya ictimai birliyi |
5. |
Gündüz Osman Mehdi oğlu |
“Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi İctimai Birliyi |
6. |
Kazımov Fərid Fərman oğlu |
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi |
7. |
Qurbanov Qalib İslam oğlu |
“Azərbaycan İnternet Cəmiyyəti” İctimai Birliyi |
8. |
Mehtiyeva Rahilə İbrahim qızı |
“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi |
9. |
Məhərrəmova Elnarə Aşir qızı |
“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi |
10. |
Muradov Elməddin Nadir oğlu |
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi |
11. |
Nəsirov Şaban Fəxrəddin oğlu |
“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi |
12. |
Pərdəşünas Fərid Bayram oğlu |
“İnnovasiya Könüllüləri Təşkilatı” İctimai Birliyi |
Təmsilçilərin (seçicilərin) qeydə alınması üçün müraciət forması
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında İctimai Şuraya
seçkilər üzrə Seçki Komissiyasına
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuraya seçkilərlə əlaqədar vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında _________________________________________________________________________________ İctimai Birliyinin
(təşkilatın tam adı)
təmsilçisi kimi________________________________________________________________________iştirak edəcək.
(təmsilçinin soyadı, adı, atasının adı)
Hörmətlə,
______________________________________________________________
İmza: M.Y.
Tarix:
QEYD: Təmsilçilərin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Təmsilçinin qeydiyyata alınması üçün müraciət (təmsilçinin təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi göstərilməklə);
2. Təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;
3. Vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Təmsilçilərin qeydiyyatı seçki gününə on gün qalanadək (09.10.2024-cü il saat 18:00-dək) davam edəcək.