Nazir Rəşad Nəbiyev Qəbələdə şəhid ailəsini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Qəbələ şəhərinə səfəri çərçivəsində şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailəsini ziyarət edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Qəbələ şəhərinə səfəri çərçivəsində şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailəsini ziyarət edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 10 iyulda Qəbələ şəhərində yerləşən Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.
5 iyul tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda iclası keçirilib. İclasda işçi qrupunun üzvü olan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
“Applied and Computational Mathematics (Tətbiqi və Hesablama Riyaziyyatı)” beynəlxalq elmi jurnalının təsir əmsalı (Impact Factor) 4.771-dən 10-a qalxıb. 5 illik təsir əmsalı isə 3.172-dən 5.2-yə yüksəlib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 10 iyul 2023-cü il tarixində saat 10:00-da Qəbələ şəhərində yerləşən Mədəniyyət Mərkəzində Qəbələ, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib.
23 iyun tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli müvafiq Sərəncamı ilə ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
İyunun 22-də ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlim proqramının bağlanış mərasimi baş tutub.
20 iyunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.