Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda vətəndaşın RİNN üzrə 13 yanvar 2023-cü il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibənin nəticəsi ilə bağlı müraciətinə baxılıb.
İclasda vətəndaş dinlənilib, müraciəti ətraflı araşdırılıb və müzakirə edilib.
Sonda Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul olunub.