“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının cari statusu müzakirə olunub
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.