Xəbər

Nazirlik əməkdaşları peşə bayramlarını qeyd ediblər

Xəbər
Nazirlik əməkdaşları peşə bayramlarını qeyd ediblər

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) tədbir keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında Azərbaycan rabitəsinin 144 illik zəngin tarixinə nəzər salıb. O, eyni zamanda texnoloji inkişafın yeni mərhələsindən, ölkədə internet infrastrukturunun, elektron xidmətlərin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb.

Nazir müavini əldə olunan nailiyyətlərdə əməkdaşların böyük əməyi olduğunu vurğulayıb və sahə işçilərini təbrik edib.

Sonra peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 144 illiyi ilə əlaqədar RİNN tərəfindən “Rabitə ustası” adına və Fəxri Fərmana layiq görülən əməkdaşlar təltif olunublar.