Haqqında

Azərbaycan Respublikasında Radiotezliklər üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 15 avqust 1996-cı il tarixli 484 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavininin sədrliyi ilə yaradılmış və 2018-ci ilin yanvar ayınadək fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04 may 2021-ci il tarixli 2622 nömrəli Sərəncamına əsasən, Radiotezliklər üzrə Dövlət Komissiyası (Dövlət Komissiyası) yeni tərkibdə fəaliyyətə başlamışdır. Dövlət Komissiyasının tərkibi aşağıdakı kimi müəyyən edilmişdir:

 

Dövlət Komissiyasının sədri

  • Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Dövlət Komissiyasının üzvləri

  • Azərbaycan Respublikası müdafiə nazirinin müavini
  • Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
  • Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 dekabr tarixli 1492 saylı Fərmanına əsasən “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilmişdir.

 

Dövlət Komissiyasının vəzifələri:

  • radiotezlik spektrinin bölünməsi və ondan istifadə sahəsində uzunmüddətli prioritetlərin hazırlanması;
  • Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək;
  • radioelektron vasitələrdən istifadə üçün radiotezliklərin ayrılmasına dair qərar qəbul etmək və qanunla müəyyən edilmiş hallarda həmin qərarı ləğv etmək;
  • radiotezliklərdən istifadə qaydalarına əməl edilməsi ilə əlaqədar metodiki tövsiyələr hazırlamaq;
  • radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan səmərəli istifadə olunmasını təmin etmək üçün zəruri tədbirlər görmək.