İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib. İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov, sədr müavinləri, müşavirlər və departament rəhbərlərinin iştirakı ilə keçirilən görüşün məqsədi Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə məlumat vermək, İctimai Şura üzvlərinin rəylərini dinləmək olub.
Tədbir zamanı Agentliyin innovasiya, rəqəmsal hökumət, rəqəmsal səriştələrin inkişafı sahəsində həyata keçirdiyi əsas fəaliyyətlər barədə ətraflı təqdimat nümayiş etdirilib. Nüvə tədqiqatları sahəsində həyata keçirilən təşəbbüslər və bu istiqamətdə aparılan elmi və texnoloji layihələr haqqında da məlumat verilib.
Şura üzvləri çıxışlarında öz təklif və suallarını səsləndiriblər.
Görüşün sonunda açıq dialoq mühitinin və səsləndirilən fikirlərin ölkənin rəqəmsal inkişaf strategiyasına müsbət töhfə verə biləcəyi vurğulanıb, vətəndaş cəmiyyəti ilə davamlı və effektiv əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd edilib.