İctimai Şuranın üzvləri Elektron Təhlükəsizlik Xidmətində görüş keçiriblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Elektron Təhlükəsizlik Xidmətində (ETX) görüş keçirilib.
ETX-nin rəisi Fərid Zeynalov son vaxtlar Xidmətin gördüyü işlər, həmçinin perspektiv planlar barədə ətraflı məlumat verib.
Sonra İctimai Şura üzvlərinin sualları cavablandırılıb. Belə görüşlərin mütəmadi keçirilməsi məqsədəuyğun hesab edilib.