İctimai Şuranın üzvləri ASCO-da görüş keçiriblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçiriblər.
Görüşdə ASCO-nun ölkənin nəqliyyat-logistika sistemindəki rolu, tranzit potensialının gücləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib. Xüsusilə Orta Dəhlizin inkişafında şirkətin iştirakı, yükdaşımaların dinamikası, donanmanın yenilənməsi və Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Sonra Şura üzvlərinin dəniz nəqliyyatı sektorunun inkişaf perspektivləri, ASCO-nun fəaliyyət istiqamətləri və digər məsələlərlə bağlı sualları cavablandırılıb.