Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilmiş seçkilərin nəticələri
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər 19 oktyabr 2024-cü il tarixində nazirliyin inzibati binasında keçirilib. Seçkidə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 132 təmsilçisindən 104-ü iştirak edib.
Seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 104 seçki bülletenindən 2-si etibarsız sayılıb. Səsvermədə üzvlüyə namizəd olan 12 nəfərdən ən çox səs toplamış 10-u İctimai Şuranın tərkibinə seçilib.
Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
|
Abasbəyli Siruz Hüseyn oğlu |
“Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyi |
|
Kazımov Fərid Fərman oğlu |
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi |
|
Qurbanov Qalib İslam oğlu |
“Azərbaycan İnternet Cəmiyyəti” İctimai Birliyi |
|
Ağamirzəyev Rauf İnşallah oğlu |
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi |
|
Muradov Elməddin Nadir oğlu |
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi |
| Gündüz Osman Mehdi oğlu | “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyi |
|
Eyyubov Fərhad Çinar oğlu |
“Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyi |
|
Məhərrəmova Elnarə Aşir qızı |
“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi |
|
Abbasov Elvin Miribadət oğlu |
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi |
|
Pərdəşünas Fərid Bayram oğlu |
“İnnovasiya Könüllüləri Təşkilatı” İctimai Birliyi |