Xəbərlər

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında rəqəmsal imkanların hər kəs üçün əlçatan olması məqsədilə yol xəritəsi müəyyənləşdirilib

Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədini daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Bu barədə qərar bu gün Bakıda başa çatan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) qəbul edilib.

Xəbər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.

Xəbər

“mygov” platformasının 2 milyonuncu istifadəçisi təltif edilib

27 noyabr 2025-ci il tarixində “mygov” platformasının 2 milyon istifadəçiyə çatması ilə bağlı təqdimat tədbiri keçirilib. Tədbir çərçivəsində platformanın inkişaf dinamikası, rəqəmsal xidmətlərin genişləndirilməsi və növbəti mərhələdə nəzərdə tutulan yeniliklər təqdim olunub.

Xəbər

Nazir Rəşad Nəbiyev Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsi qiymətləndirilib

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb.

Xəbər