Xəbər

“Euronews”: “2500-dən çox iştirakçının qatıldığı tədbir Azərbaycanı əsas rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib”

Xəbər
“Euronews”: “2500-dən çox iştirakçının qatıldığı tədbir Azərbaycanı əsas rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib”

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) beynəlxalq siyasətçiləri, nazirləri və rəqəmsal liderləri Bakıda bir araya gətirərək ölkələrin daha təhlükəsiz, inklüziv və dayanıqlı rəqəmsal gələcək qurmaq yollarını müzakirə edib.

Bu barədə “Euronews” telekanalının veb-saytında dərc olunan materialda bildirilib.

Qeyd edilib ki, Azərbaycan inklüziv əlaqəliliyi təşviq etmək məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) üzvlərini, nazirləri və qlobal rəqəmsal liderləri bir araya gətirən “WTDC-25”ə ev sahibliyi edib.

“Euronews”, həmçinin tədbir iştirakçılarının kibertəhlükəsizlik, məlumatların qorunması və yeni texnologiyaların etik tətbiqi zərurətini vurğuladıqlarını bildirib. Materialda, o cümlədən müzakirələrin kənd və şəhər arasında fərqlərin aradan qaldırılması, əlaqəlilik xərclərinin azaldılması və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi mövzularına həsr olunduğu qeyd edilib.

“2500-dən çox iştirakçının qatıldığı tədbir BTİ-nin inkişaf konfransları üzrə rekorda imza atıb və Azərbaycanı əsas rəqəmsal tərəfdaş ölkə kimi təqdim edib. Liderlər rəqəmsal uçurumun aradan qaldırılmasında əlçatanlıq, dayanıqlıq və qlobal əməkdaşlığın vacibliyini vurğulayıblar”, – telekanal qeyd edib.