Xəbərlər

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz” İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını “mygov” platforması üzərindən izləyə biləcəklər. Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır.

Xəbər

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Xəbər

Azərbaycan nüfuzlu reytinqdə Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.

Xəbər

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in qeydiyyatına start verilir. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.

Xəbər